Məhkəmə ANS-in şikayətləri üzrə qərar çıxartdı

Məhkəmə ANS-in şikayətləri üzrə qərar çıxartdı

Səbail Rayon Məhkəməsində ANS müstəqil Yayım Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 9-a yaxın şikayətinə baxılıb.

Aktual.az APA-ya istinadən bildirir ki, məhkəmə şikayətlər üzrə qərar qəbul edib. Məhkəmənin gəldiyi nəticə bundan ibarət olub ki, MTRŞ verdiyi qərarlara yenidən baxmalıdır.

Qeyd edək ki, MTRŞ "ANS ÇM" radiosunun inzibati qaydada məsuliyyətə cəlb olunması, yəni cərimə olunması barədə 26 qərar qəbul edib. Həmin qərarlardan şirkət tərəfindən şikayət verilərək onların ləğv edilməsi istənilib.

Xatırladaq ki, ötən gün şirkətin 8 şikayətinə baxılıb. Məhkəmə həmin şikayətlər üzrə də eyni qərar qəbul edib.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR