Abşeronda marşrut avtobusu piyadanı vurub.
ONA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. 592 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu yolu keçən piyada Arif Həsənovu vurub. Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən piyada ötən gecə orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Xəbər 526 dəfə oxunub.