Mədəndə 5-ci işçinin cəsədi çıxarıldı: 11 nəfərin axtarışları davam edir

Mədəndə 5-ci işçinin cəsədi çıxarıldı: 11 nəfərin axtarışları davam edir
  • DÜNYA

Türkiyədə Siirt rayonunun Şirvan qəsəbəsində uçqun baş verən mis filizi mədənində daha bir işçinin cəsədi tapılıb.

Aktual.az APA-ya istinadən bildirir ki, bununla da ötən gün uçqun baş vermiş mədəndə tapılan cəsədlərin sayı 5-ə çatıb. Mədəndə uçqun altında qalan digər 11 işçi ilə bağlı axtarış-xilasetmə əməliyyatları davam edir.
 
Olayla bağlı Siirt Prokurorluğunun açdığı cinayət işi çərçivəsində mədən müdiri M.Ö. və təhlükəsizliyə cavabdeh mühəndis də daxil olmaqla, 6 nəfər saxlanılıb. Saxlanılanlar ifadələrinin alınması üçün polis idarəsinə aparılıblar. 
 

Aktual.az

Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR