Məcburi köçkünlərin statusu ləğv olunur, “çörəkpulu” kəsilir

Məcburi köçkünlərin statusu ləğv olunur, “çörəkpulu” kəsilir

Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik gözlənilir. 
Aktual.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə qeydiyyatda olan keçmiş məcburi köçkünlərin statusu 2027-ci ildə ləğv olunacaq.
Mənbənin sözlərinə görə, bu təbəqənin sosial statusuna xitam veriləndən sonra dövlət büdcəsindən onlar üçün ayrılan aylıq müavinətin ödənişi dayandırılacaq. Bunun müqabilində isə keçmiş məcburi köçkünlərin yaşadıqları evlər daimi olaraq onların ixtiyarına veriləcək. Ata yurdundakı evdən və pay torpağından könüllü şəkildə imtina edən keçmiş məcburi köçkünlər çıxarışla təmin olunacaq, yaşadıqları ünvanlarda daimi qeydiyyata alınacaqlar.
Öz ata-baba yurdlarına qayıtmaq istəyən şəxslər isə hazırda yaşadıqları mənzilləri təhvil verəndən sonra Qarabağda evlə və torpaq sahəsi ilə təmin olunacaq, 3 il müddətində dövlətdən adambaşına ayda 60 manat müavinət alacaqlar./yenisabah

Xəbər 80 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR