MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
  • DÜNYA

Mayın 24-də Türkmənistanın paytaxtında MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası keçiriləcək.
Aktual.az xəbər verir ki, bu barədə Birlik İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Birliyə üzv dövlətlərin daimi səlahiyyətli nümayəndələri şurasının üzvləri (fevralın 27-də Minskdə keçirilən iclasda) MDB-nin Hökumət Başçıları Şurasının mayın 24-də Aşqabadda keçiriləcək növbəti iclasının gündəliyinin layihəsinə dair təkliflərə baxacaqlar”, - məlumatda deyilir.
Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının əvvəlki iclası 2023-cü il oktyabrın sonunda Bişkekdə baş tutub.
Xəbər 166 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR