MB qiymət artımına qarşı: ekspertlər təklif verdi

MB qiymət artımına qarşı: ekspertlər təklif verdi

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov ölkənin bir qrup müstəqil iqtisadçısı ilə görüşüb.
Aktual.az  xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Natiq Cəfərli məlumat yayıb.
O bildirib ki, görüşdə əsas müzakirə mövzusu inflyasiya və qiymət artımı olub. Ekspertlər qiymət artımı ilə mübarizə istiqamətində təkliflərini səsləndiriblər:
"Xahiş etdim ki, hökumətlə müzakirələrdə mütləq vergi-gömrük tarifləri məsələsini də qaldırsın, ötən gün hökumətin ƏDV və rüsum siyasəti qiymət artımına ən çox təsir edən amillərdən biridir. Bir daha təklif etdik ki, dərman və ərzaqda ƏDV-ni 18%-dən 2%-ə salsınlar, bu addım dərhal qiymətlərin enməsinə təsir edəcək.
Taleh müəllim hökumətlə görüşlərdə bu istiqamətdə müxtəlif məsələlərin müzakirə olunduğunu bildirdi”.
Qeyd edək ki, bu, MB-də ikinci belə görüşdür.
Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR