Maskalılar qadının evinə basqın etdi - Bakıda

Maskalılar qadının evinə basqın etdi   - Bakıda

Bakıda yaşayış evinə basqın olub. 

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65000 manat pul və 15000 manat dəyərində qızıl əşyalar aparıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.

Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR