Masazırda küçələri su basdı: Sakinlər təxliyə edilir

Masazırda küçələri su basdı: Sakinlər təxliyə edilir

Abşeron rayonu Masazır qəsəbəsində küçələri su basıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Aktual.az-a bildirilib ki, sözügedən ərazilərin subasmaya məruz qalması ilə nazirliyin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.
Daxil olan məlumatlar əsasında əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.
Xəbər 174 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR