Marketlərdə plastik torbalar heç vaxt pulsuz olmayıb - Ekspert

Marketlərdə plastik torbalar heç vaxt pulsuz olmayıb - Ekspert

Marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab etdiyiniz torbalara qədər, hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür.
Aktual.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib.
"Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər məsrəflər daxildir. Torbanın xərci də məhz digər məsrəflər hissəsində gizlənirdi. Bu xərcin çek üzərində 3-5 qəpik olaraq göstərilməsi insanların daha məsuliyyətli olması üçündür. Əlqərəz, bu günə qədər torbanın qiymətinin çek üzərində yazılmaması polietilen torbanı bizə market sahibinin cibindən alması demək deyildi”, - iqtisadçı bildirib.
Xəbər 720 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR