“Manyak” Cenifer Lopezin evinə hücum etdi

“Manyak” Cenifer Lopezin evinə hücum etdi
  • DÜNYA

Müğənni Cenifer Lopez pərəstişkarının hücumuna məruz qalıb

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Lopezin Timozi Mak Lanahan adlı pərəstişkarı avtomobilini onun mülkünə sürərək müğənnini görmək istədiyini bildirib.

Polis tərəfindən saxlanılan şəxsin daha əvvəl də qanunsuz odlu silah gəzdirdiyi və başqalarını şantaj etdiyi üçün həbs olunduğu ortaya çıxıb.

Məhkəmə "manyak" pərəstişkarın Lopezin yaşadığı evin, uşaqlarının oxuduğu məktəbin və müğənninin iş yerinin 100 metr uzaqlığında durmalı olduğuna qərar verib.

Qeyd edək ki, müğənni daha öncə də belə bir hadisə ilə qarşılaşıb. Pərəstişkarlarından biri onun mülkünə daxil olaraq hovuzunun kənarında səssizcə 6 gün yaşayıb.
 
Aktual.az
Xəbər 571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR