Kosta-Rika regionun qabaqcıl ölkəsi olan Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Kosta-Rikanın xarici işlər naziri Manuel Qonsales Sans azərbaycanlı həmkarı ilə danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə əsasən, Kosta-Rika azəraycanlı biznesmenlər üçün açıqdır və ölkə sərmayə qoymaq üçün əlverişli şərait yaratmağa hazırdır: "Azərbaycan regionda Kosta-Rikanın tərəfdaşıdır və ölkə əməkdaşlığın daha da inkişaf etməsi üçün hər cür səy göstərəcək".
Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyə gəlincə, Kosta-Rika XİN rəhbəri qeyd edib ki, bütün münaqişələr sülh yolu ilə həll edilməlidir: "Biz beynəlxalq hüquqa inanırıq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq ictimaiyyətin səylərini, eləcə də BMT TŞ-nin münaqişə üzrə qəbul etdiyi bütün qətnamələri dəstəkləyirik".