Malayziyaya zirvəyə qalxarkən 30-dan çox alpinist itkin düşüb

Malayziyaya zirvəyə qalxarkən 30-dan çox alpinist itkin düşüb
  • DÜNYA

Malayziyanın Saravak ştatında Bau şəhəri yaxınlığında yerləşən Brik dağına qalxarkən ən azı 33 alpinist itkin düşüb. 

Oxu.Az RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Star” qəzeti məlumat yayıb. 

Alpinistlər qrupunun itikin düşməsinə dair məlumat bazar ertəsi səhər yayılıb. Cədvələ uyğun olaraq onlar zirvəyə yürüşə şənbə günü başlayıblar və bazar günü geri qayıtmalı idilər.

Nəşrin məlumatına görə, itkin düşənlərin axtarışına bir qrup xilasedici göndərilib. Xilasedicilər qrupuna yerli sakinlərdən könüllülər də qoşulub.
 
Aktual.az
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR