Makron HƏMAS-ın üç fransız yeniyetməni girovluqdan azad etdiyini təsdiqləyib

Makron HƏMAS-ın üç fransız yeniyetməni girovluqdan azad etdiyini təsdiqləyib
  • DÜNYA

Fransa Prezidenti Emmanuel Makron daha əvvəl HƏMAS tərəfindən girov götürülmüş üç fransız azyaşlının azad edildiyini təsdiqləyib.
Aktual.az bu barədə Makronun "X” sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir.
Dövlət başçısının sözlərinə görə, HƏMAS 12-16 yaşlı üç fransız yeniyetməni azad edib. Makron vurğulayıb ki, Paris 7 oktyabrda HƏMAS-ın İsrailə hücumu zamanı ələ keçirilən bütün girovları axtarmağa davam edir.
Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari İsrailin 33 fələstinli girovun azad edəcəyini bildirib.
Daha əvvəl isə fələstinlilər tərəfindən azad edilən 11 israilli girovdan ibarət qrupun ölkəsinə yollandığı xəbər verilib.

Xəbər 149 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR