Mahir Quliyevin həbs müddəti azaldıldı

Mahir Quliyevin həbs müddəti azaldıldı

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin həbs müddəti azaldılıb.
Aktual.az  xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə Ali Məhkəmədə keçirilən prosesdə onun cəzası 8 il 3 aya endirilib.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Xəbər 104 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR