Magistraturaya 7709 yer ayrılıb

Magistraturaya 7709 yer ayrılıb

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ümumilikdə 7709 plan yeri ayrılıb.

Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 5541 yer (71.88 %) Azərbaycan bölməsi, 702 yer (9.11 %) rus bölməsi, qalan 1466 yer (19.01 %) isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

"Qəbul planı üzrə yerlərin 6535-i dövlət (84.77 %), 1174-ü (15.23 %) isə özəl ali təhsil müəssisələrinin payına düşür. Dövlət sifarişi əsasında qəbul aparılan yerlərin sayı 2408-dir" - deyə, məlumatda qeyd olunub.
 
Aktual.az
Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR