Madlen Olbrayt islamı qəbul edir

Madlen Olbrayt islamı qəbul edir
  • DÜNYA

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt islamı qəbul etməyə hazır olduğunu bildirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, siyasətçi bu barədə "Twitter” səhifəsində yazıb.
Keçmiş dövlət katibi bildirib ki, bu addımı müsəlmanlarla həmrəylik əlaməti, müsəlman ölkələrindən olan miqrantlara viza verməkdən və onları ABŞ-a buraxmaqdan imtina edən prezident Donald Trampa cavab olaraq ata bilər.
"Mən katolik kimi tərbiyə olunmuşam, daha sonra protestantlığı qəbul etmişəm. Bir müddət sonra ailəmin yəhudi olduğunu bilmişəm. İndi də həmrəylik əlaməti olaraq islamı qəbul etməyə hazıram”, - deyə Madlen Olbrayt yazıb.
Qeyd edək ki, Tramp hələ seçkiqabağı kampaniyası zamanı ABŞ-a miqrant axınının qarşısını alacağını bildirib. Bu məqsədlə Suriya, İraq, İran, Somali, Sudan, Liviya və Yəməndən olan vətəndaşlara viza verilməsinin dayandırılacağı gözlənilir.
 
Aktual.az
Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR