Macarıstanlı nazir: "Sahibkarlarımız Azərbaycana investisiya yatırmaq istəyir"

Macarıstanlı nazir:



Macarıstan sahibkarları Azərbaycana investisiya yatırmaqda maraqlıdır və bu istiqamətdə təşviq tədbirləri görüləcək.
Aktual.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun Məmmədovla görüşündə onun Macarıstanlı həmkarı İstvan Nagy bildirib.
Azərbaycanlı nazir ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib. O, bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir, Azərbaycan bütün sahələrdə əməkdaşlığı gücləndirmək istiqamətində təşəbbüsləri dəstəkləyir. M.Məmmədov Azərbaycanda etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladaraq macar sahibkarları Azərbaycanda investisiya imkanlarını dəyərləndirməyə çağırıb.
İ.Nagy isə Macarıstan və Azərbaycanın dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O, macar sahibkarlarının Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını deyib, bu istiqamətdə təşviq tədbirlərinin görüləcəyini vurğulayıb.
Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Azərbaycan və Macarıstanın kənd təsərrüfatı sahəsində tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıblar. Bildirilib ki, kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, aqrar sahədə mütəxəssis hazırlığı və aqrar məhsulların ixracı Azərbaycanla Macarıstanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının əsas istiqamətləri ola bilər.
Tərəflər azərbaycanlı gənc mütəxəssislərin Macarıstanda mövcud təcrübə proqramlarına cəlb edilməsi, heyvandarlıq (embrion transferi) sahəsində əməkdaşlığın davam etdirilməsi, quşçuluq sahəsində Macarıstan təcrübəsinin öyrənilməsi və bu sahədə əməkdaşlığa başlanılması ilə bağlı razılığa gəliblər.


Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR