Londonun Hitrou hava limanında güclü duman əlverişsiz görünmə dərəcəsi yaradıb
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar 100-ə yaxın aviareys təxirə salınıb.
Aeroport rəhbərliyi sərnişinlərə gün ərzində hava limanına gəlməzdən əvvəl uçuşlar barədə məlumatları yoxlamağı məsləhət görür.
Digər reyslərin də təxirə salınacağı istisna olunmur.
Aktual.az
Xəbər 265 dəfə oxunub.