Ölkə başçısından mühüm Sərəncam

Ölkə başçısından mühüm   Sərəncam

Azərbaycan prezidenti İlham Əliyev Qaradağ Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. 

"APA-Economics"in məlumatına görə, müəyyən edilib ki, Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazidir.

Qaradağ Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan prezidentinin fərmanı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinə tapşırılıb ki, Qaradağ Sənaye Parkının fəaliyyəti üçün Bakı şəhərinin Qaradağ rayonu ərazisində Bakı-Astara magistral yolunun 25-ci kilometrində yerləşən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 72 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Cəmiyyətin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin, gəmiqayırma sənayesinin uzunmüddətli inkişafını təmin etmək məqsədilə sənaye parkları üçün nəzərdə tutulmuş stimullaşdırıcı tədbirlərlə yanaşı, Qaradağ Sənaye Parkında digər stimullaşdırıcı tədbirlərin də tətbiqi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İqtisadiyyat və Sənaye Nazirliyinə isə Qaradağ Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun yaradılması, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri tədbirlər görsmək, Cəmiyyətə Qaradağ Sənaye Parkının fəaliyyətinin təşkilində, idarə olunmasında və inkişafında kömək etmək, habelə gəmiqayırma sənayesi üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Aktual.az

Xəbər 3209 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR