Lionel Messinin rekordunu 37 yaşlı hücumçu təkrarlayıb

Lionel Messinin rekordunu 37 yaşlı hücumçu təkrarlayıb
  • İDMAN

 İspaniyanın "Atletik" klubunun futbolçusu Arits Aduris La Liqada ardıcıl olaraq 14-cü mövsümdə qol vurub.

"Report" xəbər verir ki, 37 yaşlı ispaniyalı hücumçu XV turda "Jirona"ya evdə 1:0 hesabı ilə məğlub etdikləri matçda buna nail olub. O, görüşün 90+2-ci dəqiqəsində komandasına qələbə qazandıran qola imza atıb.
Bununla da, təcrübəli forvard "Barselona"dan Lionel Messi və "Real Madrid"dən Serxio Ramosun rekordunu təkrarlayıb.
Qeyd edək ki, A.Aduris "Atletik"lə yanaşı "Valyadolid", "Malyorka" və "Valensiya"da çıxış edib. O, İspaniya çempionatında 419 oyun keçirib və 156 qol vurub. Təcrübəli forvard İspaniya çempionatında ilk qolunu 2006-cı ildə hazırkı klubunun heyətində "Real Sosyedad"la matçda (3:3) vurub. 
 
Aktual.az
Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR