Növbəti Turan Film Festivalı Laçın şəhərində keçiriləcək.
Aktual.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu deyib.
Məlumata görə, Türkiyənin Ege Universitetində Turan Film Festivalının təşkilatçılatçıları ilə görüşdə bununla bağlı qərar qəbul olunub. Festival noyabrın sonuna qədər Laçın şəhərində "Hochaz Film Creative Studio”nun birgə əməkdaşlığı ilə baş tutacaq.
Qeyd edək ki, Turan Film Festivalı ilk dəfə Türkiyənin İzmir şəhərində keçirilib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi və Dövlət Arxivləri Baş İdarəsinin dəstəyi, TÜRKSOY və Ege Universitetinin təşkilatçılığı ilə gerçəkləşən festivalda Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər ölkələrdən filmlər nümayiş olunur.
Xəbər 1960 dəfə oxunub.