“Laçın” postunda ermənilərə sənəd imzaladaq - Professor

“Laçın” postunda ermənilərə sənəd imzaladaq - Professor

Ümid edirəm ki, hökumətimizin Qarabağdan köçən mülki ermənilərlə bağlı planı var. Ancaq özü köçsə belə, bütün əşyalarını burda qoyub gedirsə, mal-qarasını, evini də satmadan - əgər onlar bir daha onun əlinə keçməsə - daha sonra bizi onları qovmaqla ittiham edəcəklər, əsas da bu olacaq ki, canlarını təhlükədə hiss etdikləri üçün apar-topar getdilər. Jurnalistlərin çəkdiyi kadrlar da işə yaramayacaq.
Aktual.az  xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
O bildirib ki, bunun qarşısını almaq üçün ciddi təklifi var:
"Laçın” sərhəd-buraxılış məntəqəsindən keçən hər bir erməniyə sənəd imzalatdırmaq lazimdır. Orda ermənilər onlara Azərbaycanda qala biləcəkləri, mallarına və canlarına təminat verildiyi, daha sonra istədikləri halda qayıdıb mallarına sərəncam verə biləcəkləri haqda sənədi imzalasınlar.
Qapıda AİHM-yə və Haaqaya aparteidlə bağlı müraciətlər var”.
Xəbər 193 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR