KTMT İrəvana hətta bunu qadağan edə bilmir - Yenokyan

KTMT İrəvana hətta bunu qadağan edə bilmir - Yenokyan
  • DÜNYA

KTMT göstərdi ki, bizim təhlükəsizliyimizi təmin edə bilməz, daha doğrusu, bunu etmək istəmir. NATO KTMT-yə alternativ kimi təqdim olunur. Lakin Ermənistanın burda da NATO ilə bağlı böyük problemi var. Bunlardan birincisi NATO-nun ölkəmizə girməyə və təhlükəsizliyimizi təmin etməyə tələsməməsidir. Bunun üçün Alyansın öz səbəbləri var.
Aktual.az xəbər verir ki, bunu erməni politoloq Aqasi Yenokyan deyib.
"Əvvəla, burada Rusiya hegemonluğu qurulub və NATO-nun Rusiya ilə yeni münaqişə mənbəyi yaratması problemlidir. Ermənistan qonşuları ilə müharibə vəziyyətindədir, NATO isə müharibə zonalarına düşməməyə çalışır, sülh dövründə ölkələrlə işləməyə və bununla da müharibələrin qarşısını almağa üstünlük verir. Bura demokratik idarəçiliyin aşağı səviyyədə olması və geniş yayılmış korrupsiya kimi Ermənistana xas olan halları da əlavə etmək lazımdır. Əgər NATO bizim təhlükəsizliyimizi təmin edə bilmirsə, biz də təhlükəsizliyimizi təmin etmək istəməyən KTMT-yə bel bağlamalıyıqmı? Belə dilemma çox vaxt qaçılmazlıq, Rusiyanın təsiri altında qalmaq, onun siyasi diktə və şıltaqlıqlarına uymaq seçimi kimi təqdim olunur. "Ya-ya da” sualı Ermənistanın təhlükəsizliyini, eləcə də siyasi sistemini iflic edir, "Putin bizi nə vaxtsa xilas edəcək” və ya "Sülh qovşağı” kimi cəfəngiyyatlara yer açır”, - o bildirib.
Yenokyan qeyd edib ki, Azərbaycan ikitərəfli sazişlərin uğurunun bariz nümunəsidir:
"Bakı Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formal blokunu yaratmadan lazımi strateji məqamdan istifadə edə bilib və bu ölkələrin maraqlarını birləşdirərək, regionda böyük hərbi-siyasi uğurlar qazanıb.
KTMT ilə nə etmək lazımdır? Cavab çox sadədir: heç nə. KTMT dağılmaq yolundadır, hətta Ermənistana blokdan kənardan silah tədarükünü qadağan edə bilmir”.
Xəbər 163 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR