Kremldən Kadırovla bağlı iddialara cavab

Kremldən Kadırovla bağlı iddialara cavab
  • DÜNYA

Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Aktual.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Kadırovun sağlamlıq vəziyyəti ilə bağlı arayış vermədiyini, bunun Prezident Administrasiyasının məsələsi olmadığını söyləyib.
Peskov Kadırovun ötən həftəsonu Rusiya Prezidenti Vladimir Putinlə görüşmədiyini də vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Teleqram kanalları Kadırovun səhhətinin pisləşdiyi, hazırda Mərkəzi Klinik xəstəxanada kəskin böyrək çatışmazlığından komaya düşdüyü ilə bağlı məlumat yayıb. Bəzi Teleqram kanalları isə onun öldüyünü iddia edib.
Xəbər 171 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR