Kreml Türkiyədə səfirin öldürülməsinin məqsədlərini açıqlayıb

Kreml Türkiyədə səfirin öldürülməsinin məqsədlərini açıqlayıb
  • DÜNYA

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin məqsədi Moskva və Ankara arasındakı münasibətlərə ziyan vurmaq, iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmaqdır.

Trend RİA Novostiyə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Açıqlamada deyilir:

"Bu, iki ölkə arasında Suriyada siyası həll yolunun tapılması üçün səyləri birləşdirməyə imkan verən münasibətlərə mane olmağa çalışanlara sərf edir. Konkret olaraq kimin olduğunu təhqiqatçılar müəyyən edəcəklər. Bu hadisənin araşdırılması ilə bağlı hər iki tərəfdən yüksək səviyyəli mütəxəssislər işləyir. Bir qədər səbrli olaq, onlar öz işini görsünlər".

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.
 
Aktual.az
Xəbər 226 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR