"Koronavirusa yoluxan Azərbaycanın Xalq artisti Eldost Bayramın müalicə aldığı xəstəxana dəyişdirilib”.
Bu barədə Oxu.Az-a açıqlamasında həyat yoldaşı Minarə Bayram bildirib.
Onun sözlərinə görə, Xalq artisti koronavirusdan sağaldığı üçün həkimlər onun Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasından köçürülməsinə qərar veriblər:
"Eldost Bayram Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda sinir xəstəlikləri ilə bağlı orada müalicə alır”.
Qeyd edək ki, Eldost Bayram noyabrın 12-də koronavirus diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin modul tipli hospitalına yerləşdirilib.
Xəbər 1695 dəfə oxunub.