Komitə sədri: "Ötən il büdcə xərclərinin icra faizi son illər üzrə ən yüksək həddə olub"

Komitə sədri:

2022-ci il dövlət büdcəsində təsdiq olunmuş 32 303,8 milyon xərcin 32 064,6 milyon manatı, yəni 99,3 %-i icra olunub. Bu, son illərin ən yüksək icra faizidir.
Aktual.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, strukturuna görə xərclərin 55,3 %-ni cari xərclər, 39,1 %-ni əsaslı xərclər, 5,6%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edib.
"Sosialyönlü xərclər büdcənin icrasında xərclərin 36,1 faizi və yaxud 11 576,9 milyon manatl qədər olub. Ümumiyyətlə, Son 5 ildə, sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,4 faiz-bənd, mütləq ifadədə isə 4 380,4 milyon manat və yaxud 1,6 dəfə artıb.
Sosialyönümlü xərclərə aid əməyin ödənişi xərclərinə 7 465,7 milyon manat, sosial ödənişlər üzrə xərclərə 3 550,7 milyon manat , ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 466,5 milyon manat, dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 94,1 milyon manat vəsait yönəldilib", - deyə deputat əlavə edib.

Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR