Kolumbiyada təyyarə qəzasında 20-dən çox jurnalist ölüb

Kolumbiyada təyyarə qəzasında 20-dən çox jurnalist ölüb
  • DÜNYA

Kolumbiyada təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdir. 

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Braziliya Milli Jurnalistlər Federasiyasının yaydığı açıqlamada bildirilir.

"Ölən jurnalistlərin əksəriyyəti Rio-de-Janeyro, Santa Katarina və San Pauludandır, matçı işıqlandıracaq TV, radio və qəzetləri təmsil edən idman jurnalistikasının peşəkarları həlak olub”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, göyərtəsində Kolumbiyanın "Atletiko Nasional” klubu ilə oyuna yollanan Braziliyanın  "Şapekoense” futbol komandasının olduğu təyyarənin qəzaya uğraması nəticəsində 75 nəfər ölüb, 6 nəfər sağ qalıb. Sağ qalanlardan üçü futbolçudur. 
 

Aktual.az

Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR