Klinton Trampdan 1,5 milyon çox səs toplayıb

Klinton Trampdan 1,5 milyon çox səs toplayıb
  • DÜNYA

ABŞ-da keçirilmiş president seçkilərində məğlub olan Hilları Klinton seçici səslərinin say nisbətinə görə Donald Trampdan 1,5 milyon çox səs toplayıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat verib.

Hazırda ABŞ-da prezident seçkilərinin nəticələrinin hesablanması davam edir. Hilları Klinton indiyədək hesablanmış bülletenlərə əsasən 63 390 669 səs, Donald Tramp isə 61 569 824 səs toplayıb.
 
Xatırladaq ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 276, Hillari Klinton isə 218 səsini toplayıb.
 
Aktual.az 
Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR