NATO-nun dağılması zaman məsələsidir.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ-nin məşhur "Politico” nəşri yazıb.
Qeyd olunub ki, Avropa İttifaqı (Aİ) öz təhlükəsizliyini təmin etmək üçün artıq ABŞ-a arxalana bilməz: "İndiki mərhələdə ABŞ-dakı prezident seçkilərində Donald Trampın qalib gəlməsinin əhəmiyyəti yoxdur. Bu, yalnız NATO-nun dağılma vaxtına təsir edə bilər”.
Nəşr, həmçinin yazıb ki, Avropa artıq tək qalıb.
Qeyd edək ki, Şimali Atlantika Alyansı - NATO 1949-cu ildə yaradılıb. Alyansın təsis edilməsində məqsəd sülhün qorunmasını və azadlıqların müdafiəsini təmin etməkdir. Hazırda Alyansın 31 üzvü var.
Xəbər 196 dəfə oxunub.