Kənani: ABŞ İrana bütün zəmanətləri verib

Kənani: ABŞ İrana bütün zəmanətləri verib
  • DÜNYA

ABŞ hökuməti Vaşinqtonun dondurduğu maliyyə aktivlərinin məsələsi ilə bağlı İrana bütün zəmanətləri verib.
Aktual.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
​"Amerika hökuməti İranla bağlanmış müqavilədən irəli gələn öhdəliklərə əməl etməlidir. Maliyyə resursları İran hökumətinin ixtiyarındadır və biz onlardan ehtiyaclarımıza uyğun istifadə edə bilərik”, - o bildirib.
Qeyd edək ki, Amerika mediasında yayılan məlumata görə, ABŞ Qətərlə razılaşıb ki, İrana məxsus olan və məhbus mübadiləsi sazişi çərçivəsində bərpa edilmiş 6 milyard dollar hələlik Tehrana verilməyəcək.
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR