Rejissor Kənan M.M. filmlərdə öpüşmə səhnələrində heç vaxt rol almayacağını dilə gətirib.
Aktual.az xəbər verir ki, rejissor big.az-a açıqlamasında bunları deyib:
"Milyon belə versələr, kamera qarşısında heç bir qadının dodağından öpə bilmərəm. Kompleksim var, bu mümkün deyil. Əslində aktyorsansa, buna hazır olmalısan, amma məndə alınmır. Həm də Naxçıvanda böyüyüb boya-başa çatdığım üçün bu mənə uyğun deyil. Həm istəmirəm ki, elə səhnələrdə uşaqlarım məni görsünlər. Filmdə mütləq öpüşməli deyilsən ki. Ağlaya, qışqıra bilərəm, amma öpüşə bilmərəm".