Keçmiş “Dostluq” kinoteatrının binası yenidən qurulacaq

Keçmiş “Dostluq” kinoteatrının binası yenidən qurulacaq

Keçmiş "Dostluq” kinoteatrı binasının yenidənqurulması və istifadəsi ilə bağlı elan olunan müsabiqə üçün artıq 50-dən çox müraciət var.
Aktual.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə məlumat verib.
Onun sözlərinə görə, müraciətlər arasında peşəkar memarlar iştirak etdiyindən nəticə barədə danışmaq hələ tezdir:
"Düşünürəm ki, hər bir memar öz düşündüyü kimi təklif verəcək”.
Xatırladaq ki, paytaxtın Nəsimi rayonu Azadlıq prospekti 76 ünvanında yerləşən keçmiş "Dostluq” kinoteatrının binasının yenidənqurulması layihəsinə və gələcəkdə istifadəsinə dair təkliflərin verilməsi üzrə açıq müsabiqə elan olunub. Azərbaycan Memarlar İttifaqı bu binanın gələcək istifadəsi və yenidənqurulmasının memarlıq təkliflərinin hazırlanması mövzusunda açıq müsabiqə keçirmək qərarına gəlib.
Qeyd edək ki, "Dostluq” kinoteatrı 50-ci illərdə o zamanların qaydalarına uyğun olaraq, eyni tipli layihə əsasında inşa olunsa da, təxminən 90-cı illərin ortalarından binada kinofilmlərin nümayişi dayandırılıb və uzun illər boyu bina istifadəsiz qalıb. Baxımsızlıq nəticəsində binanın səliqə-səhmanı pozulmuş, texniki cəhətdən yararsız vəziyyətə düşüb. Sonralar bina özəlləşdirilib və hazırda şəxsi mülkiyyətdədir.
Mülkiyyətçi tərəfindən binada möhkəmləndirmə və əsaslı təmir aparılması planlaşdırılsa da, müvafiq dövlət qurumlarının ekspertlərinin rəyinə görə ağır qəzalı vəziyyətdə olub. Bina Azərbaycan dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında qeydiyyata alınmayıb.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR