Keçmiş baş nazirdən XƏBƏRDARLIQ - Avro çökür

Keçmiş baş nazirdən XƏBƏRDARLIQ - Avro çökür
  • DÜNYA

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron Avropanın vahid valyutası avronun çökməsindən ehtiyat edir.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə keçmiş nazir İndiana ştatında DePo Universitetinin tələbələri ilə görüşü zaman deyib.

Kemeronun fikrincə, avrozonanı gələcəkdə daha çox problem gözləyir. O qeyd edib ki, avro əvvəlcədən planlaşdırıldığı kimi çalışmır.

Keçmiş baş nazir deyib:

"Bütün avrozona ölkələrində vahid valyuta var, amma vahid vergi və maliyyə sistemi yoxdur. Bu, böyük çətinliklər yaradır".
 
Aktual.az
Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR