Ölkəmizdə həkim terrorunun baş alıb getdiyi vaxtda bir də dövlət xəstəxanalarında bütün müayinələrin - həkim məsləhətindən tutmuş analizlərə qədər hər şeyin pullu olmasıyla bağlı şikayətlər daxil olur. Xatırladaq ki, dövlət xəstəxanalarında vətəndaşlara göstərilən bütün səhiyyə xidmətləri dövlət hesabına həyata keçirilməlidir və Səhiyyə Nazirliyinin bu haqda sərəncamı 2008-ci il fevralın 1-dən qüvvəyə minib. Bu sərəncama nə dərəcədə əməl olunur, şikayətçi vətəndaşlar nə qədər haqlıdır?
Tia.az-ın əməkdaşları vəziyyəti öyrənmək üçün Çahangir Abdullayev adına Kardiologiya Elmi - Tədqiqat İnstitutuna yollanıb.
Ürək sağaldacaq məkanda ürək bulandıran durum
Sırf ürək-damar sistemi xəstəlikləri ilə məşğul olan Bakı şəhəri, Fətəlixan Xoyski küçəsi 101 ünvanında yerləşən və Adil Baxşəliyevin direktoru olduğu C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutundan bir neçə dəfə TİA.AZ-a şikayətlər daxil olub.
Elə bu dəfə də, sözügedən səhiyyə ocağından şikayət var. İddialara görə, hazırda Kardiologiya İnstitutunda vəziyyət əvvəlkindən də pisdir. Belə ki, sözügedən səhiyyə ocağındakı ağ xalatlılar sanki həkim deyillər. Və onların vəzifəsi xəstələri qəbul edib, müayinə etməkdən ibarət deyil. Bu səhiyyə ocağının deyilənə görə, öz "qayda-qanunu" var. Direktor Adil Baxşəliyev səhiyyə ocağında elə qanunlar qoyub ki, həkimlər onun sözündən çıxa bilmirlər. Yolu sözügedən xəstəxanadan düşən vətəndaşlar iddia edirlər ki, Adil Baxşəliyev xəstəxananı tam özünün şəxsi mülki kimi istifadə edir. Bundan başqa, dövlət tərəfindən ayrılan vəsaitlər də, xəstəxanaya xərclənmir. Çünki səhiyyə ocağının elə ilk görünüşü bunu deməyə əsas verir. Bundan başqa, xəstəxanada heç bir müasir tibbi avadanlıq da yoxdur. Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən və elə də imkanı olmayan vətəndaşlar sözügedən səhiyyə ocağını pənah tutub getsələr də, qarşılaşdıqları mənzərə heç də ürəkaçan olmur. Çünki pulu olmayan xəstə burada heç bir müayinədən keçə bilmir. Halbuki, C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu dövlət xəstəxanasıdır və orada vətəndaşlara göstərilən xidmət pulsuz olmalıdır. Lakin çox təəssüflər olsun ki, bu hal yalnız sözdə deyilir. Göstərilən xidmət və mövcud durum başqa cürdür. Yəqin ki, aidiyyəti qurumlar məsələ ilə bağlı müvafiq ölçülər götürəcək və vətəndaşları narahat edən problemlər qısa zaman ərzində aradan qaldırılacaqdır.
Talan
Qapıdan içəri daxil olan kimi qeydiyyat şöbəsindəki xanım gəlişimizin səbəbini soruşdu. Müayinə olunmaq üçün gəldiyimizi dedik. Şikayətdə qeyd olunanların reallıqda da şahidi olduq. Xəstələrin qəbulu pul tələb olunur, qapıdan içəri giriş də pulludur. Amma bununla da bitmir, xəstəlik tarixcəsi acilmaq ucun 20-30 manat istənilir. Qəbul şöbəsinin müdiri Lətavət Eyvazova vasitəsi ilə hjəyata kecirilən rüşvət əməliiyyatı uğurla həyata kecilir. Burdakıların dediklərinə görə, qəbul, xəstəlik tarixçəsinin açılması üçün pul tələbində qarabağ əlillərinə, şəhid ailəsinə belə fərq qoyulmur. Xəstəxanada olanlar bildirir ki, qəbul şobəsində axşam vaxtı xəstə gəldiyi halda xəstəyə yardım ucun dərman belə verilmir. Anacq dərmanl ya özün almalısan, ya "vaxtsız olduğu üçün” fərqli qiymətə 2 ci 3 cü mərtəbədən tibb bacısı xahişlə dərman gətirməlidir.
Dövlətin balansında olan bu tibb müəssisəsində ümumiyyətlə heç bir müayinə və müalicə proseduru pulsuz həyata keçirilmir. Mənbələr iddia edirlər ki, direktor Adil Baxşəliyev və Əhməd Babayev xəstəxananı tam olaraq özlərinin şəxsi klinikaları kimi idarə edirlər. Bundan başqa, dövlət tərəfindən ayrılan vəsaitlər də, xəstəxanaya xərclənmir, müxtəlif maxinasiyalar vasitəsilə mənimsəmələrə yol verilir.
Adı var özü yox...
Hər hansı bir dövlət xəstəxanasında cərrahi əməliyyat olan xəstə qanuna görə pulsuz dərmanlarla təmin olunmalıdır. Ancaq hanı o qanunlar, hardadır? Kimə görə sənədlərdə, kimə görə isə dillərdə. Hamı əgər bu cəmiyyətin inkişafını istəyirsə, tərəqqi istəyirsə, o zaman qanunlar dildə, kağız üzərində yox, əməllərdə olmalıdır. Əməllərdə olan qanun tez yayılar, tez inkişaf edər.
C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda demək olar ki, heç bir müasir tibbi avadanlıq yoxdur. Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən və elə də imkanı olmayan vətəndaşlar sözügedən səhiyyə ocağına pənah gətirsələr də, burada qarşılaşdıqları mənzərə heç də ürəkaçan olmur. Çünki pulu olmayan xəstə burada heç bir müayinədən keçə bilmir. Məsələn, reanimasiyada və ya şobədə hər hansı bir xəstəyə oksigen lazim olur, amma müasir tibbdə adi sayılan oksigenin belə tapılmasi mümkünsüzdü.
Yumurtadan yun qırxmaq siyasəti
C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ən yüksək peşəkarlıq pulqazanma sahəsindədir. Məsələn burda xəstələr üçün də ayrıca taksilər ayarlanıb və bu taksilərdən faiz alınır. Xəstə öləndə belə maşını məcburi qaydada xəstəxana özü ayırır. Bu səhiyyə ocağında gəlir mənbələrindən biri də çağırışçılarla bağlıdı. Belə ki,h ərbidən yayinmaq ucun ürəyini "xəstə” edənlər də bura müraciət edirlər. Gepatitli ve vərəm xəstəlikli olan xəstələr də burada yatmasi mumkundur. Hansiki qanunla icazə verilmir.
Görüdüyünüz kimi, əhalinin ən çox üz tutduğu səhiyyə ocaqlarından birində nələr baş verir. Adil Baxşəliyev bəzi savadlı həkimlərin hesabına müştəri toplasa da, sonradan burda baş verənlərin ucbatından pasientlər onlardan üz döndərməli olurlar. Elə bu səbəbdəndir ki, hazırda insanların çoxu nicat axtarışı üçün İrana, Almaniyaya və s. üz tuturlar. Ölkənin məşhur həkimlərini bir araya gətirmiş institut bunun müqabilində xəstələrin və ya onlardan ümid gözləyən şəxslərin etibarından sui-istifadə edərək, ciblərinə girir. Burda yüzlərlə insanın ümidlərini bir kənara qoyub, daha çox pulu necə qazanmaq barədə düşünürlər.
Gördüyünüz kimi, Kardiologiya İnstitutunun rəhbərliyi 21-ci əsr olmağına baxmayaraq, tibb müəssisəsini köhnə qaydalarla idarə etməyə üstünlük verir. Institut dövlətdən maliyyələşdiyi halda, bura müraciət edən vətəndaşlardan nəysə umulur. Pulsuz səhiyyə xidməti burda keçərli deyil. Rəhbərlik işçilərinə elə göstəriş verib ki, heç kim əlini cibinə salmayan pasiyentləri qəbul etmir.
Buradan da bir daha aydın oldu ki, səhiyyəmizin zəif inkişaf etməsinə səbəb rüşvətxorluğun və korrupsiyanın baş alıb getməsidir. Nə vaxta qədər özbaşınalıq, rüşvətxorluq hökm sürəcək, cəmiyyətimiz inkişaf etməyəcək. Sağlam toplum yaranmayacaq, vətəndaş cəmiyyəti formalaşmayacaq.
Yazı ilə bağlı gün ərzində adı çəkilən səhiyyə müəsisəsinin rəhbərliyi ilə danışmaq cəhdlərimiz uğursuz alındı. Gaha yerində yoxdur, gah nömrə qoyun, sizinlə əlaqə saxlayacaqlar və sair bahanələr uydurdular.
Xəbər 2159 dəfə oxunub.