Kanadada məscidə silahlı hücum — Çox sayda ölü var

Kanadada məscidə silahlı hücum — Çox sayda ölü var
  • DÜNYA

Kanadada dəhşətli terror aktı törədilib

Ölkə.Az xəbər verir ki, Kanadanın Kvebek əyalətində bir məscidə silahlı hücum təşkil edilib. Terror aktı nəticəsində 5 nəfər həlak olub.

Kvebek əyalətinin paytaxtı sayılan Kvebek Sitinin "Kvebek Siti İslam Mədəniyyət Mərkəzi" həm də məscid kimi istifadə edilir. Axşam namazı vaxtı şəxsiyyəti hələ müəyyənləşdirilə bilməyən üç nəfər silahla namaz qılanlara hücum edib.

Hadisə şahidlərinin mətbuata verdiyi məlumata əsasən, 40-a yaxın müsəlman axşam namazı qılanda hücuma məruz qalıb.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım maşınları və polis cəlb edilib. Həlak olanların sayı arta bilər.
 
Aktual.az
Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR