Kanadada 2017-ci ilin ilk körpəsi azərbaycanlı qız oldu

Kanadada 2017-ci ilin ilk körpəsi azərbaycanlı qız oldu
  • DÜNYA

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Nyu-Uestminster şəhərində dünyaya gələn azərbaycanlı qız 2017-ci ildə ölkədə göz açan ilk körpə olub.  

Aktual.az  bu barədə haqqin.az-a istinadən xəbər verir. 

Tiana Hacı yanvarın 1-də saat 04:57-də dünyaya gəlib. Onun çəkisi – 3 kq 300 qramdır. Qızcığazın atası Araz Hacıyev həyat yoldaşını Royal Columbian xəstəxanasına gətirdikdən yarım saat sonra dünyaya gəlib, "New Westminster Record” məlumat yayıb. 

Bu, azərbaycanlı Araz Hacıyevin və əslən Latviyadan olan Mariya Saviskonun ailəsində üçüncü uşaqdır. Ailə Kanadaya bir neçə il sonra köçüb. 7 yaşlı Əli Mikayıl Azərbaycanda, 3 yaşlı Jael isə Kanadada dünyaya gəlib. 

Səhərə yaxın Araz uşaqları oyadıb, xəstəxanaya özü ilə aparmalı olub. Güclü qar yağırdı, o uşaqları dostlarının yanında qoymağa vaxt sərf etmək istəməyib. Belə ki, yolda qala bilərdi. 

"Yol boyu arvadımdan uşağı avtomobildə dünyaya gətirməməyi xahiş edirdim”, - ata gülümsəyərək xatırlayır. 

O, doğuş zamanı həyat yoldaşının yanında ola bilməyib, belə ki, yuxulu və ağlayan uşaqlarını sakitləşdirib.

"Onlar dayanmadan ağlayırdılar”, - Araz deyib. 

Oğlunun zökəm olması isə vəziyyəti daha da pisləşdirirdi. 

"Hamiləliyin bütün dövrü ərzində uşaqlar bacılarının dünyaya gəlməsini gözləyərək həyəcan keçirirdilər. İndi isə onun ətrafında fırlanır, onunla oynamaq, onu öpmək istəyirlər”, - xoşbəxt ata bildirib. 
 
Aktual.az
Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR