Kaladze: "Azərbaycandan əlavə qaz alınması məsələsi həllini tapıb"

Kaladze:

"Azərbaycandan əlavə qaz həcmlərinin alınması məsələsi faktiki olaraq həllini tapıb".

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

"Bakıya səfərim çərçivəsində mən Azərbaycan prezidenti İlham Əliyevlə, o cümlədən SOCAR-ın rəhbəri ilə görüşdüm. Görüşlərdə "Şahdəniz" layihəsi müzakirə olundu. SOCAR prezidenti ilə görüşdə biz əlavə qaz həcmlərinin alınmasını müzakirə etdik. Bu, bizim daxili tələbatımız üçün olduqca mühüm məsələdir. Faktiki olaraq, əlavə qaz həcmlərinin alınması ilə bağlı razılıq əldə olunub", - deyə K. Kaladze bildirib.

Baş nazirin müavini əlavə edib ki, Gürcüstan hökumətinin Rusiyanın "Qazprom" şirkəti ilə apardığı danışıqlar gələn həftə yekunlaşmalıdır.

Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR