Kainat Allahın iradəsindən çıxacaq, hər planetin öz dövləti olacaq - VİDEO

Kainat Allahın iradəsindən çıxacaq, hər planetin öz dövləti olacaq - VİDEO
  • DÜNYA

2017-ci ili artıq "Ulduzların müharibəsi” adlandırmaq olar. Söhbət real müharibədən yox, Corc Lukasın ssenarisi əsasında ekranlaşdırılan filmdən gedir. Lakin o da həqiqətdir ki, film gələcək dünya haqqında müəyyən təsəvvürlər yaradır.

Publika.az xəbər verir ki, film kainatın artıq Allahın iradəsindən çıxdığı və öz qanunları üzərində yaşadığından bəhs edir.

Filmdə təsəvvür edilən dünyanın maliyyə-iqtisadi sistemi indiki dövrlə oxşardır. Lakin miqyasca dəfələrlə böyüdülüb. Bu, meqakorparasiya dünyasıdır. Burada təşkilatlar borclularla mübarizə və rəqiblərdən özünü müdafiə üçün böyük iqtisadi, siyasi və hərbi gücə malikdir.

Kainata rəhbərlik edən ən yüksək orqan Qalaktika, yəni planetlərin və onların nümayəndələrinin təmsil olunduğu Senatdır. Senat əsasən iqtisadi və siyasi kursu müəyyən edir. Eyni zamanda, hər planetin öz şəxsi hökuməti və iqtisadi sistemi var. Bu iqtisadi sistemdə pul əsasdır, lakin əsasən Qalaktika kredit verən rolunda çıxış edir. Qalaktikanın kreditləri üç növə bölünür: nağd, elektron pul və elektron çiplər.

Qalaktikada bank, ticarət kimi müxtəlif federasiyalar var. Kainatın imperiyası yaranır. Planetlər və oradakı hökumətlər imperiyaya tabedir, ona vergi ödəyir. Filmdə iqtisadi ədalətsizliyin klonların müharibəsinə səbəb olduğu əks olunur. Daha sonra Qalaktikadan ayrılaraq, müstəqil olmaq istəyən planetlər ortaya çıxır. Və kainat dağılma təhlükəsi ilə üzləşir.

Filmin əsas özəlliyi indiki dünyamızda bir çox sistemin prototipinin yaradılmasıdır. Film bu ilin mayında ekranlara çıxacaq.
Xəbər 2989 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR