Kabildə bir gün ərzində ikinci məscidə hücum edilib

Kabildə bir gün ərzində ikinci məscidə hücum edilib
  • DÜNYA

Kabilin cənub-qərbindəki Karte Çar rayonunda yerləşən məscidə hücum edilib. Bir gün ərzində məscidə ikinci hücum zamanı hədəf bu dəfə Çar Yar məscidi seçilib.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Sedik Sediki məlumat verib.

Onun sözlərinə görə, hadisə yerinə operativ şəkildə xüsusi təyinatlı dəstə gəlib.

Hələlik hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Xatırladaq ki, bundan əvvəl terrorçular Kabildə müsəlmanların Aşura günü ilə əlaqədar keçirdiyi dini tədbirin baş tutduğu məscidə hücum etmiş, nəticədə 14 nəfər həlak olmuşdu.

Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR