Bu gün səhər saatlarında naməlum şəxslər Ölkə.Az saytının əməkdaşı İntiqam Valehoğluna məxus Bakı şəhər, Yasamal rayonu, Qanlı gölün qərb sahilində yerləşən 159 nömrəli evinin qapısını qıraraq evə giriblər.
Qonşuların "evinizin qapıları açıqdır" xəbərindən sonra təcili olaraq evə qayıdan jurnalist qapının zor gücü ilə qırıldığını və mənzilin dağıdıldığını bildirib.
Ölkə.Az-a evinə oğruların girməsi ilə bağlı məlumat verən İntiqam Valehoğlu bildirib: "Nəzərə çarpan ilk şey televizorun aparılması və evin ortasında atılıb qalmış lomun olmasıdır. Oğrular qapını da bu lom vasitəsilə qırıblar".
Hadisə ilə bağlı polis əməkdaşlarına xəbər verən jurnalist artıq araşdırmaların başladığını bildirib.
Aktual.az
Xəbər 598 dəfə oxunub.