Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin sabiq əməkdaşı Rövşən Ağayev mayın 24-dən itkin düşmüş müəllim Sarayxanım Abdullayevanın onun sifarişi ilə qətlə yetirildiyini etiraf edib.
APA-nın məlumatına görə, R. Ağayev istintaqda dindirmə zamanı bildirib ki, S. Abdullayeva onun sifarişi ilə Xankərəm Kərimov tərəfindən öldürülüb.
O da məlum olub ki, X. Kərimov özünə məxsus "KİA Rio” markalı avtomobilində S. Abdullayevanı Şirvan şəhəri "Cənub” İES-in yaxınlığına gətirərək, orada sellofan torba ilə boğub.
7-8 saat avtomobildə qalan meyit sonradan R. Ağayevin köməkliyi ilə axşam saatlarında Şamaxı rayonunun Göylər kəndi ərazisində, yaşayış məntəqəsi olmayan dağlıq ərazidə yarğana atılıb.
Aktual.az Xəbər 1125 dəfə oxunub.