İtən neftçiləri 6 helikopter axtarır

İtən neftçiləri 6 helikopter axtarır

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışı hələlik heç bir nəticə verməyib.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov "Günəşli" yatağının 10-cu özülündə baş verən hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

B.Ağarəhimov deyib ki, 26 nəfərin axtarışı üçün əlavə helikopterlər cəlb edilib. Həmin şəxslərin 3-nün axtarışı üçün "Neft daşları"nda, 23-nün axtarışı üçün isə "Günəşli" ərazisində işlər aparılır.

x x x

B.Ağarəhimov qeyd edib ki, axtarışlara əlavə olaraq, Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, Sərhəd Mühafizə Xidmətinin 2 helikopteri, 5 gəmisi cəlb edilib.
Onun sözlərinə görə, "28 may" NQCİ-nin ərazisində axtarış üçün dalğıc qrupunun əvəzinə gəmidən sualtına xüsusi aparatlar buraxılıb, axtatış həmin aparatlarla apalır.
B.Ağarəhimov bildirib ki, yanğının söndürülməsi üçün avadanlıqlar artıq meydançanın üzərinə yerləşdirilib: "Tikinti-quraşdırma idarəsinin əməkdaşları həmin avadanlıqların birləşdirilməsi işini davam etdirirlər. Bu işlərin axşama qədər yekunlaşması nəzərdə tutulub".

Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR