İtaliyada qar uçqunu səbəbindən oteldə ölənlərin sayı 21-ə çatıb
Ölkə.Az xəbər verir ki, 18 yanvar tarixində mərkəzi İtaliyanın dağ rayonunda yerləşən otel qar uçqununun altında qalıb. Ötən gecə xilasedicilər bir neçə metrlik qar uçqunu altından daha üç nəfərin meyitini çıxara biliblər.
Təbii fəlakət İtaliyanın Abrusso vilayətində baş verib. Qar uçqununa səbəb isə ərazidə baş verən yeraltı təkanlar olub. Faciə vaxtı oteldə 40 nəfər olub.
Son günlər ərzində xilasedicilər 11 nəfəri xilas ediblər. Bu günə qədər isə rəsmən 8 nəfər itkin düşmüş hesab edilir.
Aktual.az
Xəbər 431 dəfə oxunub.