İtaliyada niqabı açmaqdan imtina edən qadını cəzalandırdılar

İtaliyada niqabı açmaqdan imtina edən qadını cəzalandırdılar
  • DÜNYA

İtaliyanın Pordenone şəhər məhkəməsi 40 yaşlı müsəlman qadına ictimai yerdə niqabı açmaqdan imtina etdiyi üçün əvvəl dörd ay müddətindən azadlıqdan məhrumetmə cəzası verib, sonradan isə bu cəzanı 30 min avro cərimə ilə əvəzləyib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Messaggero Veneto nəşri yazır.

Hadisə 20 gün əvvəl baş verib. Uzun müddət İtaliyada yaşayan və bu ölkənin vətəndaşlığını alan alban əsilli qadın San-Vito-al-Talyamento (Pordenone vilayəti) şəhərinin meriyasına oğlunun iştirak etdiyi Uşaq Şurasının iclasına gedib. 

Şəhər merinin xahişinə baxmayaraq, qadın niqabını açmaqdan imtina edib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları qadının şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə onu zaldan çıxarıblar, lakin müsəlman qadın polisin əlindən çıxaraq yenidən zala qayıdıb. Bu səbəbdən Uşaq Şurasının iclası dayandırılıb. 

Adı açıqlanmayan qadın barəsində araşdırma başlanılıb və o 30 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, İtaliya hökümətinin 1975-ci ildə qəbul etdiyi qərara əsasən, ictimai yerlərdə şəxsiyyəti müyyənləşdirməyə çətinlik yaradan geyim və aksesuarlardan istifadə etmək qadağan olunub.

Aktual.az
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR