İsveç unikal təyyarələrini Ukraynaya bağışlayır

İsveç unikal təyyarələrini Ukraynaya bağışlayır

İsveç Ukraynaya 1,16 milyard avro dəyərində böyük hərbi yardım paketi elan edib.
Aktual.az xəbər verir ki, bu barədə İsveç hökumətindən məlumat verilib.
Məlumata görə, yardım paketinə "ASC 890” erkən xəbərdarlıq təyyarəsi də daxildir.
"İsveç Ukraynaya "ASC 890” radar-kəşfiyyat və nəzarət təyyarəsini bağışlayır və bununla da Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirir”, - məlumatda bildirilib.
İsveç baş nazirinin mətbuat katibi Tom Samuelsson isə jurnalistlərə açıqlamasında Ukraynaya daha 2 ədəd "ASC 890” təyyarəsinin veriləcəyini deyib.
Ukrayna Hava Qüvvələrinin spikeri İlya Evlaş "ASC 890” təyyarələrini unikal adlandırıb:
"Bu, hədəfləri müəyyən etməyə kömək edən bir növ uçan radardır. Rusların belə uzaq mənzilli radar aşkarlayan təyyarəsi var, biz artıq onlardan ikisini, yəni A-50-ni məhv etmişik. İndi belə bir təyyarə Ukrayna Hərbi Hava Qüvvələrində də olacaq”.
Onun sözlərinə görə, hətta bir ədəd belə təyyarənin Ukraynaya təhvil verilməsi qırıcıların, o cümlədən F-16-ların daha səmərəli idarə olunmasına imkan verəcək.
Qeyd edək ki, "ASC 890” təyyarəsinə quraşdırılan radar gəmiləri, təyyarə və raketləri 300-400 km radiusda və 6 km hündürlükdə izləyə bilir.
Xəbər 210 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR