İstanbulda gecə klubuna hücum zamanı Rusiya vətəndaşı ölüb

İstanbulda gecə klubuna hücum zamanı Rusiya vətəndaşı ölüb
  • DÜNYA

İstanbulun "Reina” gecə klubuna hücum zamanı Rusiya vətəndaşı ölüb.

Oxu.az-ın xəbərinə görə, bu barədə TASS-a Rusiyanın İstanbuldakı Baş konsulluğundan məlumat verilib.

"Rusiya vətəndaşının ölümü barədə məlumat təsdiqlənib”, - qurumun rəsmi nümayəndəsi deyib.

Terror aktının qurbanı olan gənc qızın əvvəl Azərbaycan vətəndaşı olduğu təxmin edilirdi. Lakin sonradan üzərində tapılan sənədlər onun RF vətəndaşı olduğunu təsdiqləyib. 

Qeyd edək ki, İstanbulun Ortakoy rayonunda yerləşən "Reina” gecə klubuna silahlı hücum zamanı 39 nəfər ölüb, daha 69 nəfər isə yaralanıb. Xəsarət alanlar arasında Azərbaycan vətəndaşları da var.
 

Aktual.az

Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR