İstanbulda aviareyslər təxirə salındı

İstanbulda aviareyslər təxirə salındı
  • DÜNYA

Əlverişsiz hava şəraiti İstanbulun hava limanlarında uçuşların təxirə salınmasına səbəb olub.

Aktual.az xəbər verir ki, bu barədə Trend Türkiyənin Mülki aviasiya idarəsinin saytına istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, "Türk hava Yolları" (THY) Atatürk hava limanında bu gün və sabah üçün 19 reysi ləğv edib.

Eyni zamanda Sabiha Gökçən hava limanının rəhbərliyi sabaha nəzərdə tutulan uçuşları 10 faiz azaldacağını elan edib.

İstanbulda əlverişsiz hava şəraitinin həftənin sonunadək davam edəcəyi proqnozlaşdırılır.
 
Aktual.az
Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR