İsrail İran və Rusiya arasında hərbi əlaqələrdən narahatdır.
Aktual.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı qeyd edib.
Baş nazirin sözlərinə görə, Ukrayna XİN başçısı müharibə ilə bağlı son vəziyyət barədə Lapidi məlumatlandırıb.
"Mən İran və Rusiya arasında hərbi əlaqələrdən dərin narahtlıq keçirdiyimizi Kuleba ilə bölüşdüm. İsrail Ukrayna xalqının yanındadır", Lapid deyib.
Xəbər 344 dəfə oxunub.