İsmayıllıda avtomobil yolu sürüşdü

İsmayıllıda avtomobil yolu sürüşdü

İsmayıllı rayonu ərazisində, Basqal-Sulut avtomobil yolunda sürüşmə hadisəsi baş verib.

Aktual.az bildirir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Baş geoloq qeyd edib ki, atmosfer yağıntılarının təsirindən ərazidə uzunluğu 120-140 metr olan sürüşmə sahəsi yaranıb.

Ə.Piriyev onu da qeyd edib ki, Basqal-Sulut avtomobil yolundakı sürüşmə rayon ərazisində yeni sürüşmə sahəsidir.

Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR